Autsorsinq
Autsorsinq-bizim dildə tərcümədə-Kənar qaynaqdan yararlanmaq deməkdir.Mühasibatlıq dilində desək,şirkətin effektsiz,ya da az effektli fəliyyət növünün daha üstün keyfiyyət göstəriciləri olan peşəkar tərəfdaşlarına ötürülməsi deməkdir.
Dünyada geniş tətbiq olunan autsorsinq təcrübəsi artıq Azərbaycanda da özünü doğrultmaqdadır. Hazırda ölkədə mövcud qabaqcıl şirkətlər hətta mühasibat məsələlərini kənar təşkilata həvalə edirlər. Bu sahədəki geniş təcrübəmizi nəzərə alaraq autsorsinq xidmətlərini təklif edirik.
Bu sahədəki geniş təcrübəmizi nəzərə alaraq autsorsinq xidmətlərimizi Sizlərə təklif edirik.
Autsorsinq (ingiliscə «outsourcing», xaricə çıxarılma) — şirkətin profilinə aid olmayan funksiyalarının digər ixtisaslaşdırılmış şirkətlərə verilməsi sayəsində şirkətin fəaliyyətinin optimizasiya vasitəsidir. Dünya təcrübəsində peşəkar mütəxəssislərin ştatda saxlanması əvəzinə bu sahədə ixtisaslaşmış şirkətlərin xidmətlərindən istifadə etmək məsələsi geniş yayılmışdır. Bu gün bazarda bu sahədə ən çox tələb olunan xidmətlərdən biri autsorsinq xidmətidir. Autsorsinqin aktiv şəklidə inkişaf etməyi şirkətlərə büdcə qənaətində və yerinə yetirdikləri işlərin keyfiyyətinə çox böyük üstünlüklər verir. Bir çox şirkətlərin ştatda olan mütəxəssisləri işləri yerinə yetirməkdə çətinlik çəkir və ya ümumiyyətlə öhdəsindən gəlməyi bacarmır. Belə olan halda autsorsinq xidməti ilə məşğul olan şirkət qarşıya çıxan problemləri qısa bir zamanda keyfiyyətli şəkildə aradan qaldırır. Müasir iş üslubu ilə işləyən şirkətlər bu və ya digər sahələr üzrə autsorsinqdən tam və ya qısmən istifadə edirlər.