Müəssənin yaradılması və inkişafı
Yeni müəssisənin yaradılması hər şeydən əvvəl, sahibkarlıq fəaliyyətinin təşkilati – hüquqi baxımdan sənədləşdirilməsini nəzərdə tutur,və onun mahiyyətindən irəli gəlir. İlk nöbbədə təsisçilərin tərkibi müəyyənləşdirilir və təsis sənədləri- müəssisənin nizamnaməsi, təşkilatı hüquqi forması göstərilməklə, yaradılması və fəaliyyət göstərməsi ilə bağlı müqavilə hazırlanır.
Bundan sonra müəssisənin yerləşəcəyi yer, təşkilati – hüquqi forması, adı müəyyənləşdirilir, nizamnəəsi hazırlanır və təsdiq olunur. Hüquqi baxımdan bütün sənədlər hazırlandıqdan sonra müəssisə rəsmi olaraq dövlət qeydiyyatından keçirilir, sonra isə müvafiq vergi orqanında qeydiyyata alınaraq sahibkarlıq fəaliyyətinə başlanılır.
- Şirkətlərin qeydiyyata alınması, məlumatların dəyişilməsi və ləğv edilməsi
- Yeni şirkətlərin qeydiyyata alınması;
- Biznesin müxtəlif sahələri üçün lisenziyaların alınması;
- Şirkətlərin bağlanması
- Biznes planın yazılması
- İnvestisiya təşviq sənədlərin alınması
- Sahibkarlığa Kömək Milli Fondundan güzəştli kreditlərin alınması üçün məlumat xidməti və sənədlərin hazırlanması