Kadr işinin təşkili

Təşkilati-hüquqi mülkiyyət formasından və say tərkibindən asılı olmayaraq, hər bir təşkilatın ayrılmaz hissəsi olan kadr işinin təşkili savadlı şəkildə həyata keçirilmədən heyətin idarə edilməsi mümkün deyil. İstənilən təşkilatın kadr sənədləri qanunla müəyyən edilmiş qaydada tərtib edilməlidir. Onlardan yalnız kadrlar şöbəsinin və ya heyətlə iş üzrə xidmətin işində istifadə olunmur, əmək haqqının, pul mükafatlarının, məzuniyyət pullarının hesablanması üçün mühasibat işçilərinin də bu sənədlərə ehtiyacı var.

  • İşə qəbul, işdən çıxma, başqa işə keçirilmə, məzuniyyət, ezamiyyə və digər əmrlərin müəssisə tərəfindən sənədləşdirilməsi;
  • Əmək kitabçalarının qeydiyyatı uçotunun hazırlanması;
  • Vəzifə təlimatlarının hazırlanması
  • İşəgötürənin və işçinin razılığı ilə əmək müqaviləsinin şərtlərinin dəyişdirilməsi, əlavə və dəyişikliklərin edilməsi və ya protokolun hazırlanması;
  • Əmək müqaviləsinə xitam verilməsi (onun əsasları göstərilməklə) və xitam verilərkən işçilərin təminatları;
  • İşdən çıxış zamanı namizədlə müsahibədən sonra müvafiq qeydlərin aparılması;
  • İşçilərin məzuniyyət hüquqları və onların təmin edilməsi (əmək, təhsil, yaradacılıq, sosial, ödənişsiz məzuniyyətlər);
  • Məzuniyyət, xəstəlik və ezamiyyə vərəqlərinin hazırlanması eləcə də uçotunun aparılması
  • İşçilərin sosial sığorta olunmasının təmini;
  • Əmək şəraiti zərərli olan işlərdə çalışan işçilərin hüquqlarının təmin edilməsi;
  • İşçilərə arayışların, xasiyyətnamələrin hazırlanması;
  • İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri səbəbindən işçilərin  icbari sığorta ilə təmin edilməsi;
  • Zəruri hallarda işçilərin və onların ailə üzvlərinin tibbi sığorta ilə təmin edilməsi;
  • Bütün statistik hesabatların tərtib edilməsi və Dövlət Məşğulluq Xidmətinə təqdim edilməsi;
  • Müəssisə üçün aylıq əmək haqlarının hesablanması;
  • İşçilərə xəstəliyə, hamiləliyə və doğuma, işdən ixtisar olunmaya, hərbi xidmətə çağırılmaya, uşağın anadan olmasına görə birdəfəlik müavinətin, uşağın üç yaşı tamam  olanadək ona qulluq etməyə görə və digər müavinətlərin hesablanması;
  • Son haqq hesabların hazırlanması;
  • Müvəqqəti əvəzetməyə görə haqqın ödənilməsi;
  • İşəgötürən və ya işçinin təqsiri üzündən boşdayanma zamanı işçinin hüquqlarının təmin edilməsi;