Mühasibatlıq

Mühasibat uçotu – vacib və mürəkkəb bir sistemdir. Bu sistemin düzgün və effektiv qurulmasından, bəzi hallarda, müəssisənin gələcəyi asılıdır. Mühasibat şöbəsinin işi müəssisənin daxili idarəetmə hesаbatlarının və maliyyə hesabatlarının hazırlanması, vergi uçotunun aparılmasıdır. Burada biliklər ilə yanaşı, işçi-mühasiblər arasında işlərin düzgün bölüşdürülməsi, qarşılıqlı yardımlaşma və komanda şəklində işləmə kimi amillər də mühüm rol oynayır.
  • Sifarişçinin görülmüş işlərə və satılmış mallara görə hesab fakturaların, qaimə fakturaların, təhvil – təslim aktlarının hazirlanması;
  • Mühasibat uçotu haqqında qanunun və vergi məcəlləsinin tələblərinə əsasən mühasibat uçotunun aparılması;
  • Vergi, DSMF, Statistika və digər hesabatların hazırlanması və təqdim edilməsi;
  • Bank hesabatlarının, pul vəsaitinin hərəkəti hesabatlarının hazırlanması;
  • Əmək haqqı üzrə vergi və sosial sığorta haqqlarının ödənişinin həyata keçirilməsi;
  • Yeni müəssisələrin qeydiyyatdan keçirilməsi, qeydiyyatdan çıxarılması və ya məlumat dəyişikliyinin (təsisçi, ad, nizamnamə və hüquqi ünvan) həyata keçirilməsi;
  • Vergi orqanında obyektlərin, nəzarət-kassa aparatlarının qeydiyyata alınması və çıxarılması;
  • Möhür, ştamp və ciddi hesabat blanklarının hazırlatdırılması;
  • Müəssisələrin tələbinə uyğun olaraq 1 C mühasıbatlıq sistemin qurulması və təlimlərin həyata keçirilməsi