Hüquq

Hüquq — pozitiv və normativ hüquq nəzəriyyəsinə görə ictimai münasibətləri tənzimləyən, dövlətin müəyyənləşdirdiyi və sanksiyalaşdırdığı, dövlət tərəfindən qorunan, ümumməcburi davranış qaydalarının məcmusu, liberal hüquq nəzəriyyəsinə görə isə hər bir şəxs üçün bərabər azadlıq və ədaləti özündə nəzərdə tutan norma və qaydaların məcmusudur.
  1. Fiziki və hüquqi şəxslərin Azərbaycan Respublikasının bütün məhkəmə instansiyalarında maraqlarının müdafiə olunması.
  2. Müştərinin iqtisadi fəaliyyət sahəsində cinayət və inzibati işlər üzrə hüquq və mənafelərinin qorunması.
  3. Cinayət işlərində müştərilərin hüquq və maraqlarının qorunması.
    Müştərilərin nəzarət orqanları (daxili işlər orqanları, prokurorluq, vergi orqanları) ilə münasibətdə hüquq və maraqlarının qorunması.
  4. Əmək mübahisələri — əmək münasibətləri üzrə işçi ilə işəgötürən arasında yarana biləcək bütün növ mübahisələr;
  5. Bank mübahisələri – bank və kredit təşkilatları ilə kredit, faizlər və s. mübahisələr üzrə;
  6. Ailə mübahisələri – ailə qanunvericiliyi üzrə müxtəlif növ mübahisələrin, nikahın ləğvi, əmlak bölgüsü, övladlığa götürmə, vərəsəlik, qeydiyyat və s. məsələlər üzrə;
  7. Borcun tələb olunması – fiziki və hüquqi şəxslər arasında müqavilələr, əqdlər və s. əsaslar üzrə borcun tələb olunması.