Maliyyə

Maliyyə və mühasibat uçotu maliyyə hesabatının iki yarısıdır. Mühasibat uçotu maliyyə məlumatlarının çatdırılması üçün bir sistemdir. Bu sistem əməliyyatların qeydiyyatı və maliyyə hesabatlarının hazırlanmasını, firmaların maliyyə sağlamlığı ilə bağlı maliyyə hesabatlarının təhlilini ehtiva edir. Mühasiblər hadisələrin dəqiq qeyd olunmasını və maliyyə hesabatlarında şirkətin maliyyə vəziyyətini düzgün əks etdirməsini təmin etməklə vəzifələndirilirlər.

  • Vergi öhdəliklərilə yanaşı digər ödənişlərin hesablanması və ödənilməsi üzrə məsləhətlərin verilməsi;
  • Ayrı-ayrı maliyyə və vergi sxemlərinin hazırlanması və tətbiqi;
  • Bağlanmış aktlar üzrə vergilərə və digər icbari ödənişlərə dair məsləhətlərin verilməsi;
  • Aktların qanuniləşdirilməsi və ödəmə üzrə əməliyyatların izlənməsi;
  • Vergilərin və digər ödənişlərin minimallaşdırılması baxımından müqavilələrin analizi;
  • Müəssisələrə cari abonent xidmətləri;
  • Vergi və digər dövlət orqanlarında müştərinin maraq və hüquqlarının müdafiəsi;